Modern.az

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıqlar apardı - YENİLƏNİB

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıqlar apardı - YENİLƏNİB

26 Mart 2023, 10:40

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb. 

 

Modern.az xəbər verir ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

 

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.

 

***

09:42

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

 

Bildirilib ki, tərəflər bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi