Modern.az

Azərbaycandan etirazçılarla bağlı Fransaya ÇAĞIRIŞ 

Azərbaycandan etirazçılarla bağlı Fransaya ÇAĞIRIŞ 

Aktual

26 Mart 2023, 19:07

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

 

"Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

 

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir", - XİN rəsmisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi