Modern.az

Koronavirusdan daha 5 nəfər ÖLDÜ - STATİSTİKA

Koronavirusdan daha 5 nəfər ÖLDÜ - STATİSTİKA

27 Mart 2023, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 829 420 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, hazırda 140 aktiv xəstə var. Bu günə qədər 10 171 nəfər vəfat edib.

 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 553 691 test icra olunub.

 

Qeyd edək ki, son sutka ərzində koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

 

1228746

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi