Azərbaycanda axtarışda olan tanınmış "tiktoker" Əmrah Məhərrəmov saxlanılıb.
Modern.az-ın məlumatına görə, o, Gürcüstandan Azərbaycana gələrkən hava limanında tutulub.
Ə.Məhərrəmov barəsində sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddət əvvəl "tiktoker"lə bağlı Daxili İşlər Nazirliyinə şikayət edilib. O, şikayət əsasında hüquq mühafizə orqanlarına dəvət edilsə də, məsuliyyətdən yayınıb. Nəticədə barəsində cinayət işi başlanıb və axtarışa verilib.