Modern.az

Bu istiqamətlər üzrə onlayn bilet almaq mümkün oldu

Bu istiqamətlər üzrə onlayn bilet almaq mümkün oldu

31 Mart 2023, 10:07

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 3 məntəqə əlavə edilib.

 

Modern.az xəbər verir ki, sərnişinlər artıq Bakıdan Tərtər, İsmayıllı və Kürdəmirə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala biləcəklər.

 

Sistemdə bu günə kimi Bakıdan Gəncə, Qazax, Gədəbəy, Bərdə, Ağcabədi, Mingəçevir, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Şabran, Quba, Qusar, Xudat, Astara, Lənkəran və Horadizə olmaqla, 20 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 23-yə çatıb.

 

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 69-a, nəqliyyat vasitələrinin sayı isə 134-ə çatdırılıb.

 

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

 

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir