Modern.az

11 min erməni hərbçi fərarilik edib - Paşinyanın arvadından şok etiraf

11 min erməni hərbçi fərarilik edib - Paşinyanın arvadından şok etiraf

1 Aprel 2023, 23:49

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan şok açıqlama verib.

 

Modern.az yerli KİV-ə istinadən bildirir ki, o, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfdə 11 min hərbçinin fərarilik etdiyini bildirib.

 

Hakobyan bu barədə müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən danışıb.

 

O qeyd edib ki, 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib: "11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit...".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi