Nəriman Nərimanovun Naxçıvandakı büstü əvvəlki yerinə qaytarılacaq.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Naxçıvan Muxtar Respublikasından seçilmiş deputatı Cəbi Quliyev məlumat verib.
Onun sözlərinə görə, büst bərpa işləri ilə əlaqədar ərazidən götürülüb.
"Nəriman Nərimanovun büstü yeniləndikdən sonra həmin əraziyə qaytarılacaq",- deyə deputat məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki büstünün sökülməsi barədə məlumat yayılıb. Büstün götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar buna etirazlarını bildiriblər.