Modern.az

İsrail XİN başçısı Bakıya bu tarixdə GƏLƏCƏK

İsrail XİN başçısı Bakıya bu tarixdə GƏLƏCƏK

Aktual

3 Aprel 2023, 14:24

İsrailin xarici işlər naziri Eli Kohen Pasxa bayramından sonra Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Times Of Israel" qəzeti məlumat yayıb.

 

XİN başçısı aprelin 18-də yola düşəcək, ertəsi gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Qeyd edək ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı