Modern.az

Pələnglərin xarakterik xüsusiyyətləri - Alimlər açıqladı

Pələnglərin xarakterik xüsusiyyətləri - Alimlər açıqladı

6 Aprel 2023, 16:51

Pələnglərin daim qəddar və aqressiv olduğunu düşünürsünüz? Bir daha düşünün. Yeni testə əsasən, bu əzəmətli canlılar da incəqəlbli və əməkdaşlıq etməyə hazır ola bilər.

 

Bu yaxınlarda aparılan tədqiqat göstərib ki, vəhşi təbiətdə əzəmətli yırtıcı heyvanlar olan pələnglər bizim yumşaq tüklü ev heyvanlarımız kimi fərdi xarakter əlamətlərinə malikdir. “Phys.Org” yazır ki, gedişatında 248 Sibir pələnginin davranışı müşahidə olunan araşdırma bu nəsli kəsilən canlıların unikal xarakterik xüsusiyyətlərə malik olduğunu göstərib. Bu keyfiyyətlər heyvanların sağ qalmaq və çoxalmaq qabiliyyətinə təsir edir.

 

Tədqiqatın nəticələri pələnglərin sadəcə monolit növ deyil, daha çox, öz fərqli xarakter xüsusiyyətlərinə malik olduğu faktını vurğulayır. Araşdırmanın həmmüəllifi London İqtisadiyyat Məktəbindən Rozalind Arden deyib: “Biz müəyyən etmişik ki, pələnglər çox fərdidir və onlarla işləyən insanlar onların fərdi xarakter xüsusiyyətlərini görürlər”.

 

Modern.az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlər Çində yarı azad şəraitdə saxlanılan iki pələng populyasiyasında əminlik, səmimilik, davakarlıq və vəhşilik kimi əlamətlərin öyrənilməsi üçün insan şəxsiyyət testini uyğunlaşdırıblar.

 

Hər gün pələnglərlə işləyən baytarlar və heyvan baxıcıları 70 şəxsiyyət göstəricisindən ibarət siyahı ilə anketləri doldurublar. Nəticələr göstərib ki, hər iki pələng populyasiyası iki hər şeyi əhatə edən şəxsiyyət kateqoriyasına aid olan: əzəmət və müvazinət kimi xüsusiyyətlərə malikdir.

 

“Əzəmətə” görə ən çox bal toplayan pələnglər, daha sağlam, diri heyvanları ovlamağa çox meyilli idilər, daha çox qida qəbul edir və cütləşirdilər. Araşdırmaya uyğun olaraq, “onları qiymətləndirən insanlar tərəfindən pələnglər arasında daha yüksək qrup statusuna malik olanlar kimi qəbul edilirdi”.

 

Digər tərəfdən, “sabit” pələnglər daha mülayim, səmimi və sevməyə qadir idi. Əməkdaşlıq və incəliyin də öz təkamül üstünlükləri var. Belə ki, pələng balaları 2-3 il ərzində anaları ilə qalırlar. Pələnglərin bu xarakterik xüsusiyyətləri də buna səbəb ola bilər.

 

Maraqlıdır ki, alimlər erkək və dişi pələnglər arasında o qədər də çox fərq aşkar etməyib. Bundan başqa, ata-pələnglərin valideyn vəzifələrinin yerinə yetirilməsində köməklik etdikləri müşahidə olunub.

 

Tədqiqatın həmmüəllifi Rozalind Arden hesab edir ki, bu çox gözəldir, həyatda uğur əldə etmək üçün alfa-pələng olmaq mütləq deyil. Əslində, daha sakit xasiyyətli pələnglər daha yumşaq və sevimli idi, bu da onlara son nəticədə fayda gətirdi.

 

Heyvanların xasiyyətinin öyrənilməsi bizim onlarla daha yaxşı rəftar etməyimizdə kömək edə bilər, bu, Sibir pələngləri kimi yoxa çıxmaq təhlükəsi yaşayan heyvanlar üçün xüsusilə vacibdir. Brakonyerlik və yaşayış yerlərinin itirilməsi ona gətirib ki, təbiətdə bu əzəmətli pişiklərin cəmi 500-ə yaxın növü qalıb, buna görə də onlara kömək etmək üçün edə biləcəyimiz hər şey çox vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj