Türkiyənin ilk yerli istehsalı olan “Togg” elektromobilləri bu gündən etibarən nazirliklərə təhvil verilib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "Togg"dan xidməti avtomobil kimi istifadə edən ilk nazir olub.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.