Modern.az

Azərbaycanda 481 milyon manatlıq maliyyə pozuntusu

Azərbaycanda 481 milyon manatlıq maliyyə pozuntusu

12 Aprel 2023, 11:06

Hesablama Palatası tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında qeyd olunub.

 

Məlumata görə, bu vəsaitin 131,3 milyon manatı tədbir müəyyən edilmiş məbləğ, 349,9 milyon manatı isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsaitdir. 131,3 milyon manatdan isə 46,1 milyon manatının bərpası müəyyən edilib, 85,2 milyon manatı üçün isə digər tədbir müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi