Modern.az

Zalovun 3 il əvvəl də şəhid olması xəbəri yayılmışdı...

Zalovun 3 il əvvəl də şəhid olması xəbəri yayılmışdı...

Aktual

12 Aprel 2023, 12:54

"Vidadi Vətən müharibəsində iştirak etmişdi. Hətta səhvən onun şəhid olması ilə bağlı xəbər gəlmişdi".

 

Modern.az xəbər verir ki, bunu ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan gizir Vidadi Zalovun əmisi Məhəmməd Zalov deyib.

 

 “Vidadi özünün döş nişanını şəhid döyüş yoldaşına taxdığı üçün adı Sumqayıt şəhidlərinin sırasında çıxmışdı. 3 gün sonra Vidadi anasına zəng edib sağ-salamat olduğunu bildirdi”,- şəhidin əmisi bildirib. 

 

Qeyd edək ki, ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur.

 

Zalov Vidadi Nizami oğlu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-ci illərdə Maliyyə fakültəsində təhsil alıb.

 

Şəhid gizirin iki övladı yadigar qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj