Modern.az

ATƏT sədrindən sərhəddəki insidentə MÜNASİBƏT

ATƏT sədrindən sərhəddəki insidentə MÜNASİBƏT

Aktual

12 Aprel 2023, 13:46

Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər.

 

Modern.az xəbər verir ki, bunu ATƏT-in sədri, Makedoniyanın xarici işlər naziri Buyar Osmani Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Osmani qeyd edib ki, Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal ona məlumat verilib. "Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər", - makedoniyalı nazir vurğulayıb.

 

XİN başçısı onu da bildirib ki, ATƏT regiona sülh gətirmək üçün münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU