Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın hakim partiyasından olan deputat Armen Xaçatryanın vəziyyətin sabitləşməsinə Bakı və İrəvan tərəfindən birbaşa nail olunması barədə bəyanatını şərh edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, birbaşa razılığı gözəl hadisə adlandırıb.
"Rusiya Federasiyasının gərginliyin azaldılmasına töhfə verməsi faktına qayıdaraq qeyd edim ki, tərəflərin ən çətin məsələlərdə razılığa gəlmələri çox gözəl hadisədir. Moskva İrəvan və Bakının birbaşa fəaliyyətini kiçiltmir. Mən bizim yardımımızdan danışdım və vəziyyətin həllinə yardımımızı təkcə siyasi qüvvələrin ayrı-ayrı nümayəndələri deyil, həm də bu istiqamətə cavabdeh olan icra hakimiyyətinin nümayəndələri şərh etməlidir”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, bundan əvvəl Zaxarova Moskvanın rolunu qabardaraq belə demişdi: "Rusiya Ermənistanla Azərbaycan sərhədində baş verən atışmadan sonra dərhal deeskalasiya tədbirləri görüb".