Modern.az

Mirzoyan Ceyhun Bayramovla görüşəcəyini açıqladı

Mirzoyan Ceyhun Bayramovla görüşəcəyini açıqladı

Aktual

12 Aprel 2023, 17:30

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mirzoyan parlamentdə çıxışı zamanı məlumat verib.

 

O, görüşün dəqiq tarixini açıqlamayıb, lakin danışıqların yaxın vaxtlarda baş tutacağını bildirib. Ermənistan XİN başçısı görüşün hansı ölkədə keçiriləcəyi barədə məlumat verməyib. Mirzoyan görüş üçün tərəfdaşlardan, vasitəçilərdən, beynəlxalq aktorlardan çoxlu sayda təkliflərin olduğunu deyib.

 

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. Onun sözlərinə görə, Bakı və İrəvan Rusiyanın görüş təklifini qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU