Modern.az

Sarayevo və Bakı qardaş şəhərlər sayılır - Prezident

Sarayevo və Bakı qardaş şəhərlər sayılır - Prezident

Aktual

13 Aprel 2023, 17:34

"Sarayevo və Bakı qardaş şəhərlər sayılır".

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə mətbuata bəyanatında deyib.

 

"Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq",- Azərbaycan Prezidenti bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza