Modern.az

İrəvanda Azərbaycan bayrağına qarşı TƏXRİBAT - VİDEO

İrəvanda Azərbaycan bayrağına qarşı TƏXRİBAT - VİDEO

Aktual

14 Aprel 2023, 22:38

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib.

 

Modern.az xəbər verir ki, səhnəyə çıxan erməni oğlan Azərbaycan bayrağını yandırmağa cəhd edib.

 

Yanan bayraq səhnədən yığışdırılıb və yenisi ilə əvəz olunub.

 

Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib.

 

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Azərbaycan ağırlıqqaldırma yığması İrəvandadır. Ölkəmiz yarışda 12 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi