Modern.az

Paşinyan Azərbaycan bayrağını yandıran ermənini işdən qovdu

Paşinyan Azərbaycan bayrağını yandıran ermənini işdən qovdu

15 Aprel 2023, 12:27

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Aysor.am özəl mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni Azərbaycan bayrağını yandırmağa cəhd edib. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.

Bu xəbər ilə bağlı
Millimiz İrəvandakı yarışdan İMTİNA ETDİ - İdmançılarımız Vətənə qayıdır
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə