Modern.az

İdmançılarımız İrəvanı tərk etdilər - YENİLƏNİB 

İdmançılarımız İrəvanı tərk etdilər - YENİLƏNİB 

Aktual

15 Aprel 2023, 15:43

"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub".

 

Modern.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.

 

O qeyd edib ki, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq.

 

***

15:27

Ağır atletika üzrə Avropa çempionatında iştirak edən Azərbaycan idmançıları Ermənistanı tərk ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyana istinadən məlumat yayıb.

 

O bildirib ki, Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər.

 

Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi