Modern.az

İkinci Dünya müharibəsindən qalan təhlükə - 15 min insan...

İkinci Dünya müharibəsindən qalan təhlükə - 15 min insan...

Aktual

15 Aprel 2023, 19:38

Almaniyanın şərqində yerləşən Drezdendə tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

 

Bombanın zərərsizləşdirilməsindən əvvəl yerli hakimiyyət orqanları 15 min insanı təxliyə edib. Yerli vaxtla saat 14:18-də bomba zərərsizləşdirilib.

 

Qəzet yazır ki, zərərsizləşdirmə əməliyyatı zamanı bir neçə qatar və avtobus reysi gecikib. 250 kiloqramlıq bomba ABŞ-a məxsus olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi