Modern.az

ANAMA-dan Xızıdakı partlayışla bağlı AÇIQLAMA

ANAMA-dan Xızıdakı partlayışla bağlı AÇIQLAMA

Aktual

15 Aprel 2023, 21:01

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb.

 

ANAMA-nın Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib.

 

Hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

 

Bundan əvvəl Baş Prokurorluq qeyd edib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi