İqlim fəalları Berlində "Prada" və "Gucci" şirkətlərinə məxsus mağazaların pəncərələrinə və fasadlarına narıncı boya töküblər.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ekoaktivistlərdən bəziləri polis tərəfindən saxlanılıb, onların hadisədə iştirakı yoxlanılacaq.
Qeyd edək ki, ətraf mühit fəallarının tutduğu plakatlarda “Sizin dəbdəbəniz = iqlimimizin çökməsi” sözləri yazılıb.