Modern.az

XİN rəhbərləri mətbuat konfransı keçirib - YENİLƏNİB

XİN rəhbərləri mətbuat konfransı keçirib - YENİLƏNİB

Aktual

27 Aprel 2023, 13:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın birgə mətbuat konfransı başa çatıb.

 

Modern.az xəbər verir ki, nazirlər jurnalistlərin suallarını cavablandırıb.

 

Mətbuat konfransı zamanı ikitərəfli əlaqələri, Ermənistan-Azərbaycan əlaqələri, Laçın yolundakı vəziyyət barədə danışılıb.

 

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, görüşdən sonra XİN başçıları mətbuat konfransı keçirirlər.

 

Nazirlər konfrans zamanı jurnalistlərin suallarını cavablandıracaq. 

 

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ötən gün Azərbaycana səfərə gəlib. O daha sonra Ermənistan və Gürcüstana yollanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır