Ermənistan və Azərbaycan xarici işlər nazirləri Moskvada görüşə bilər.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma var", - deyə o qeyd edib.
Zaxarova görüşün nə vaxt keçirləcəyini açıqlamayıb: "Tarix daha sonra açıqlanacaq".