Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.
Komissiyada indiyədək ümumilikdə 1700-dən çox müraciətə baxılıb. Bununla da Əfv Komissiyasının iclasları yekunlaşır.
Daha bir iclasın keçirilməsi istisna olunmur.
***
15:34
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.
Modern.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Bu, Əfv Məsələləri Komissiyasının sonuncu iclasıdır. Ayın sonunda əfv siyahısının Prezidentə təqdim olunması gözlənilir.
Qeyd edək ki, indiyədək keçirilən iclaslarda 1600-ə yaxın müraciətə baxılıb.