Modern.az

Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir - FOTO

Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir - FOTO

Aktual

27 Aprel 2023, 19:38

Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramin Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev ve Qarabağ qaziləri iştirak edib. 

 

62 nömrəli məktəb-liseyin şagirdləri hazırladıqları tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə, təhsil, səhiyyə, neft strategiyasi, aqrar sahə, qida sənayesi, gənclər, mədəniyyət, idman, ordu quruculuğu siyasətinə virtual olaraq səyahət edilib.

 

Sonda şagirdlərə Ulu Öndərin davamçısı Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruq əməliyyatından parçalar göstərilib.

 

Tədbirin sonunda "Azersun Holding" Şirkətlər Qrupu tərəfindən Qarabağ qazilərinə hədiyyələr verildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi