Modern.az

İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

29 Aprel 2023, 14:44

Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan lideri bu barədə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında bildirib.

 

"Mən bu il üçüncü dəfədir ki, qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam və bu gün buradayam. Əziz qardaşım, sıra sizdə. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz sayğı və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir", - deyə Prezident əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə