Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti barədə danışıb.
Modern.az xəbər verir ki, o, CNN-in müxbirinə açıqlamasında özünü yaxşı hiss etdiyini və gümrah olduğunu bildirib.
"Allaha şükür, yaxşıyam", - Ərdoğan deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibə verərkən halı pisləşib. O, "Kanal 7" və "Ülke TV" kanallarının suallarını cavablandıran zaman canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib.