Məlumatda qeyd olunub ki, H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.
Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Modern.az-ın məlumatına görə, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu zadlığa buraxdılar.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.
H.Abdullayev bu ilin əvvəlində ölkə başçısına müraciət edərək, bəzi hakimiyyət nümayəndələrinin ona təzyiq etdiyini bildirmişdi. O, müraciətində ABŞ səfirliyinə bina tikilməsi üçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini vurğulamışdı.
“Susma!” əsəri üzə çıxandan sonra H.Abdullayev özünə ailə üzvlərinə qarşı təzyiqlər başladığını bəyan etdi, qardaşım Azər Abdullayevin əsassız olaraq işdən çıxarıldığını bildirdi. Qeyd etdi ki, onun keçmiş biznes fəaliyyətini yoxlayıb, qondarma cinayət işi açmağa çalışırlar.
H.Abdullayevin hazırda xaricdə - Almaniyada olduğu barədə məlumatlar var...