Modern.az

Ağacları kəsənlərə qarşı cinayət işi başlandı

Ağacları kəsənlərə qarşı cinayət işi başlandı

2 May 2023, 14:16

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.



Araşdırmalar zamanı Qəbələ, Goranboy, Tovuz, Yardımlı və Lerik rayonu ərazisində ümumilikdə 65 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli və külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu