Modern.az

PKK tərəfdarları türk seçicilərə hücum etdi - Azyaşlı yaralandı (VİDEO)

PKK tərəfdarları türk seçicilərə hücum etdi - Azyaşlı yaralandı (VİDEO)

3 May 2023, 10:08

Fransada PKK tərəfdarları Marsel şəhərindəki Türkiyə diplomatik nümayəndəliyində yaradılan seçki məntəqəsinə səs verməyə gələn türk seçicilərə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Sabah" nəşri yazıb.

 

PKK tərəfdarlarının səs vermək üçün növbə gözləyən qadın və uşaqların da olduğu Türkiyə vətəndaşlarına hücum etdiyi bildirilib.

 

Hücum zamanı seçicilərdən birinin azyaşlı övladı yaralanıb. Təhlükəsizlik qüvvələri hücumun qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Məlumata görə, insident törədən şəxslər saxlanılıb, faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Türkiyə xaricində yaradılan seçki məntəqələrində səsvermə prosesi ötən həftə başlayıb. Dünyanın 73 ölkəsində 3.4 milyon türk seçici qeydiyyata alınıb. Fransada 800 000 nəfərlik türk icması mövcuddur, onların yarısının seçkilərdə iştirak etmək hüququ var.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır