“18 yaşından yuxarı valideyn himayəsindən məhrum olmuş uşaqlar nazirlik tərəfindən xüsusi diqqətdə saxlanılır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
“Məndə olan məlumata görə, 18 yaşından yuxarı valideyn himayəsindən məhrum olmuş uşaqların evlə təmin olunması nazirlik tərəfindən mərhələli şəkildə həyata keçirilir. Həmin uşaqlar nazirliyə müraciət edir, onların işlərinə baxıldıqdan sonra evlə təmin olunur. Məndə olan məlumata görə, 18 yaşından yuxarı valideyn himayəsindən məhrum olmuş uşaqların hamısı nazirlik tərəfindən evlə təmin olunub”, - deyə nazir müavini vurğulayıb.