Modern.az

Subaylar da himayədar ailə ola BİLƏR

Subaylar da himayədar ailə ola BİLƏR

3 May 2023, 13:14

Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailəyə verilməsi zamanı qiymətləndirilmə aparılarkən təkcə ər və arvadın deyil, ailənin digər üzvlərinin sağlamlığı yoxlanılır.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.

 

“Bildirim ki, uşaqlar ailəyə verilərkən digər ailə üzvlərinin sağlamlığı yoxlanılır. Digər tərəfdən ağır cinayət törətmiş şəxslərə də uşaqlar təhvil verilmir”, - deyə o söyləyib.

 

Nazir müavini eyni zamanda subayların himayədar ailə olması məsələsinə də aydınlıq gətirib. “Subaylar da himayədar ailə ola bilər. Burada şəxsin ailəli və ya subay olmasının fərqi yoxdur”.

Bu xəbər ilə bağlı
Həmin uşaqların hamısı evlə təmin olunub - RƏSMİ
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır