Modern.az

Sülh olsa, Ermənistan rahat nəfəs alacaq - Türkiyəli professor

Sülh olsa, Ermənistan rahat nəfəs alacaq - Türkiyəli professor

Aktual

5 May 2023, 12:30

2020-ci ildə Azərbaycanın haqlı olaraq torpaqlarını azad etməsindən sonra Qarabağ məsələsi həll olunub.

 

Modern.az xəbər verir ki, bunu "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransda bildirib. 


“Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu 30 il əvvəl anlamalı idi. Əgər neçə il sonra Azərbaycan hərb gücünə torpaqlarını geri qaytarıbsa, bununla səbəbkarı Ermənistandır. Ermənistan sadəcə diplomatik yolla sülhə nail olmalıdır. Bu zaman Ermənistan rahat nəfəs alacaq. Əks halda sülh prosesində ziddiyyətli çıxışlar onun əksinədir. Türkiyə də bu prosesdə Azərbaycanın yanındadır. 3 gün əvvəl Türkiyə hava yolunu Ermənistana bağlayıb. Bu da Ermənistana zərbədir. Düşünürəm ki, Ermənistanda ağıllı insanlar var və onlar sülh prosesinə dəstək verəcəklər”, - deyə türkiyəli professor vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı