Yaponiyanın Hokkaydo prefekturasında 5,9 bal gücündə zəlzələ olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Yaponiyanın Hakodate şəhərindən 115 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat verilməyib.