Modern.az

İnsan alveri qurbanları mübarizəyə cəlb edilsin - TƏKLİF

İnsan alveri qurbanları mübarizəyə cəlb edilsin - TƏKLİF

Aktual

8 May 2023, 10:50

Milli Məclisdə insan alveri qurbanlarının insan alverinə qarşı mübarizə tədbirlərinə cəlb edilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Elşad Mirbəşir çıxış edib.

 

“Burada dünya təcrübəsindən istifadə edə bilərik. Xaricdə keçmişdə insan alveri qurbanları hazırda bu proseslərə cəlb olunur. Belə olan zaman insan alveri qurbanları daha tez həmin şəxsləri müəyyənləşdirə bilər. Gələcəkdə də bununla bağlı işçi qrupu yaradılarsa, həmin şəxsləri bura cəlb etmək lazımdı”,- deyə deputat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı