Modern.az

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi bitdi

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi bitdi

8 May 2023, 14:32

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başa çatıb.

 

Bu barədə Modern.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malik olub. Ölkə üzrə 3 seçki məntəqəsində (Bakıda səfirlik, Gəncə və Naxçıvanda konsulluq binalarında) 15 seçki qutusu qurulub.

 

Seçkidə iştirak edənlərin sayı hələlik açıqlanmayıb.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində ilə əlaqədar Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün 5, 6 və 7 may tarixlərində səsvermə təşkil olunub.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi