Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Salyan rayon sakini Ə.Cəfərov aralarında yaranmış mübahisə zəminində K.Quliyevə bıçaqla xəsarət yetirib.
Ə.Cəfərov hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.