Modern.az

İncenin partiyasında kütləvi İSTEFALAR

İncenin partiyasında kütləvi İSTEFALAR

Aktual

15 May 2023, 13:50

Türkiyənin müxalif partiyalarında kütləvi istefalar başlayıb.

 

Modern.az xəbərr verir ki, Məmləkət Partiyasının Sinop vilayət təşkilatı kollektiv olaraq istefa verib.

 

Əvvəlcə partiyanın deputatlığa namizədi Həsən Çorum, daha sonra vilayət başçısı Serdar Başağaoğlu istefa verdiyini  açıqlayıb. Ardınca əyalət təşkilatından kollektiv istefa bəyanatı verilib.

 

Partiyanın deputatlığa namizədləri seçkilərə üç gün qalmış Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinin böyük ajiotaja səbəb olduğunu bildiriblər.

 

Xatırladaq ki, Məmləkət Partiyasının sədri Muharrem İnce seçkiyə 3 gün qalmış prezidentliyə namizədlikdən geri çəkilib.

Sizə yeni x var
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!