Modern.az

ABŞ Əhməd Obalıya hücumu ört-basdır edəcək? 

ABŞ Əhməd Obalıya hücumu ört-basdır edəcək? 

Aktual

22 May 2023, 13:38

Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Çikaqo şəhərində yaşayan GunAzTV-nin rəhbəri Əhməd Obalıya qarşı hücuma münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

“ABŞ hakimiyyəti Əhməd Obalıya hücumu terror aktı kimi araşdıracaq, yoxsa, ört-basdır edəcək?”, - o vurğulayıb.

 

Qeyd edək ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. Hadisə onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş tutub. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar: "Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular