Modern.az

“WhatsApp”dan hər kəsin gözlədiyi FUNKSİYA

“WhatsApp”dan hər kəsin gözlədiyi FUNKSİYA

22 May 2023, 19:39

“WhatsApp” messenceri mesajlar göndərildikdən sonra 15 dəqiqə ərzində onların redaktə etmək funksiyasını təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə messencerin bloqunda məlumat yayılıb.

 

Bildirilir ki, funksiya tədricən bütün dünyada tətbiq edilir və yaxın həftələrdə bütün istifadəçilər üçün əlçatan olacaq.

 

Mətni redaktə etmək üçün mesajın üzərinə vurmaq və "Düzəliş et" düyməsini sıxmaq lazım olacaq. Dəyişiklik edilən mesajda "Dəyişdirildi" deyə qeyd olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir