Modern.az

Danışıqların davam etdirilməsini dəstəkləyirik - ABŞ rəsmisi

Danışıqların davam etdirilməsini dəstəkləyirik - ABŞ rəsmisi

Aktual

26 May 2023, 00:59

ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu gündəlik birifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

 

O qeyd edib ki, danışıqlar ABŞ üçün prioritet olmaqda davam edir.

 

"Blinken bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəfi salamladı. Bundan sonra danışıqlar Brüsseldə davam etdirilib. Biz danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Qarşıda duran məsələlər üzrə razılığa gəlmək üçün tərəflərin işini dəstəkləməyə davam edəcəyik. Dövlət katibi bu məsələ ilə məğul olmağa davam edəcək", - deyə Miller bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür