Modern.az

Göygöldəki sel fəlakətinin VİDEOSU

Göygöldəki sel fəlakətinin VİDEOSU

Aktual

26 May 2023, 09:44

Göygöldə sel iki nəfərin ölümünə səbəb olub.

 

Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları başa çatıb.

 

DİN-in Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib.

 

Araşdırmalar davam etdirilir.

 

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi