Modern.az

ADU-də Çin dili üzrə ixtisas imtahanları keçirilib - FOTOLAR

ADU-də Çin dili üzrə ixtisas imtahanları keçirilib - FOTOLAR

26 May 2023, 10:20

Çin dili üzrə rəsmi sınaq mərkəzi olan, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib.

 

İmtahanlarda ADU-nun və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər. İmtahanqabağı məsləhətləşmələr zamanı Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları və bilikləri sahəsində qoyulan tələblər ilə tanış ediblər.

 

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov öz çıxışında qeyd edib ki, 2021-ci ildən Çin Təhsil Nazirliyi Çin dilini bilmə səviyyəsinin qiymətləndirilməsi üçün yeni standartları təsdiqləyib. Yeni HSK 3.0 formatı üç mərhələdən və doqquz səviyyədən ibarətdir. Dinləmə, oxuma, şərh və tərcümədən ibarət olan imtahan zamanı iştirakçıların həm söz ehtiyatı, həm də şifahi ünsiyyət bacarıqları qiymətləndirilir, o cümlədən situasiya məşqləri və tapşırıqlar təqdim olunur. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov həmçinin vurğulayıb ki, Azərbaycanda Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanları sayılan HSK, HSKK-nin təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir