Modern.az

Sel Daşkəsəndə fəsadlar törədib

Sel Daşkəsəndə fəsadlar törədib

26 May 2023, 11:38

Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.

 

Kəmərqaya kəndində vətəndaşa məxsus evin divarı uçub, bir neçə evin isə dam örtüyü zərər görüb.

 

Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb, 2 transformator yanaraq elektrik xəttinin verilməsi dayanıb.

 

Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.

 

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir