Modern.az

Rəşad Nəbiyev vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev vətəndaşları qəbul edəcək

Aktual

26 May 2023, 11:30

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 iyun 2023-cü il tarixində saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.

 

Modern.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

 

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Qəbula yazılmaq üçün 3 iyun 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

 

Rəşad Nəbiyev bu tarixdə vətəndaşları qəbul edəcək

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ