Modern.az

SABAH qruplarına tələbə seçimi başlayır

SABAH qruplarına tələbə seçimi başlayır

Aktual

26 May 2023, 12:00

Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinə start verilir.

 

Bu barədə Modern.az-a Nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.

 

Qeyd edək ki, SABAH qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə (//student.sabah.edu.az/) doldurulmalıdır.

 

Müsabiqə barədə ətraflı məlumatla qeyd edilən linkdən (//bit.ly/3N7Jayd) tanış ola bilərsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu