Modern.az

Əsir hərbçilərimizlə bağlı çağırış edildi - FOTOLAR

Əsir hərbçilərimizlə bağlı çağırış edildi - FOTOLAR

Aktual

26 May 2023, 12:04

"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, təşkilatın sədri Könül Behbudova birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi haqqında Ermənistandan məlumat tələb edən bəyanatla çıxış edib.

 

"20-ci əsrin sonunda dövlətimizin ərazi bütovlüyü Ermənistan tərəfindən pozulub. İşğal nəticəsində bir milyon məcburi köçkünümüz oldu. Ermənistanın təcavüzu nəticəsində 3890 vətəndaşımız itkin düşüb. Ermənistanın vəhşiliyi nəticəsində Xocalı şəhəri yer üzündən silinib. Şaxtalı gecələrdə sakinlərimiz gülləboran edilib. 68 qadın və 26 uşağın taleyi hələ də bilinmir. Birinci Qarabağ müharibəsi dövründə vətəndaşlarımız vaxtı ilə işğal altında olan torpaqlarda itkin düşmüşdür. Onlar haqqında məlumat Ermənistanda var. Ermənistan Cenevrə konvensiyasına uyğun olmayaraq insanlara qarşı fiziki işgəncələr verib.

 

Azərbaycan xalqı isə 30 il ərzində heç vaxt işğalla barışmadı. Prezident İlham Əliyevin dövründə yetişən gənclər ikinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunmasında şücaət göstərdilər. Vətən müharibəsi dövründə İlham Əliyev, demək olar ki, hər gün bizlərə müraciət edirdi. Bunlar bizi yumruq kimi birləşdirdi. Hər bir müraciət qələbənin səsi oldu. Şanlı zəfərimiz itkin ailələrinə də yeni bir ümid bəxş etdi. İşğaldan azad olunmuş Ağdam, Şuşa, Kəlbəcər və Tərtər rayonlarında  quruculuq işləri aparılarkən insan qalıqları tapılıb. Üzvləri tamamilə itkin düşmüş ailələrdən ibarət ola "Qarabağ İtkin Ailələri" İctimai Birliyi əsir götürülmüş ailələrin hüqularının qorunmasını özünə əsas götürmüşdür. Biz itkin ailələri olaraq bilirik ki, qalıqların tapılması, eyniləşdirilməsi mürəkkəb prosesdir. Məlumdur ki, cari ilin aprel ayında Şahbuzda sərhəddə məhdud görmə nəticəsində itkin düşmüş Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyin Əhliman oğlu əsir düşmüşdür. Ermənistan hər zaman oldugu kimi əsirlərə işgəncə edib, bunları sosial şəbəkədə paylaşıblar. Biz həmin əsgərlərin geri qaytarılmasını tələb edirik. İtkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək bizim hüququmuzdur. Biz Ermənistandan tələb edirik ki, itkin düsmüş şəxslər barəsində məlumatları bizə təqdim etsin", - o çıxışı zamanı bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır