İcra hakimiyyəti orqanları nümayəndələrinin sayı azaldılır

İcra hakimiyyəti orqanları nümayəndələrinin sayı azaldılır

Aktual

26 May 2023, 13:38

Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin sayı artırılır, icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılır.

 

Modern.az-ın xəbərinə görə, bu, "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur.

 

Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.

 

“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi