Modern.az

Şəkidə ağır qəza - 3 nəfər yaralandı

Şəkidə ağır qəza - 3 nəfər yaralandı

Aktual

26 May 2023, 14:44

Şəkidə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Şəki rayon sakini, 1968-ci il təvəllüdlü Oqtay Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobillə Seymur Salamovun idarə etdiyi "Mercedes" markalı avtomobill toqquşub.

 

Nəticədə 55 yaşlı Oqtay Məmmədov, onun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova və "Mercedes"in sürucüsü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü